Seçkilərlə əlaqədar bu gün "sükut günü"dür

31.10.2015 10:29     Sosreaksiya     1893

Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar oktyabrın 31-i "sükut günü"dür.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış  siyasi partiyalar, siyasi partiyaların blokları, onların  səlahiyyətli nümayəndələri  və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılması üçün ayrılan müddət bu gün saat 8.00-da başa çatıb.

Seçki Məcəlləsinə əsasən seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Milli Məclisə seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına oktyabrın 9-da başlanılıb, təşviqat 31 oktyabr saat 8.00-da dayandırılmalıdır.

Şərhlər