Quba və Qusarın bəzi yaşayış məntəqələrinə qar yağdı
31.10.2015 11:14 Sosreaksiya 1860
Quba və Qusar rayonlarına qar yağdı.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Quba rayonunda ən çox qar Qırız kəndinə düşüb. Burda qarın hündürlüyü 7 sm-ə çatıb. Xınaqlığa 5 sm, Rük kəndinə isə 4 sm qar yağıb.
Qusar rayonu ərazisində Ləzə kəndində 3 sm, Susayda isə 1 sm hündürlüyündə qar qeydə alınıb.
Şərhlər