Misirdə Rusiya təyyarəsi qəzaya uğradı - 224 sərnişindən xəbər yoxdur

31.10.2015 12:03     Sosreaksiya     2434

Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan Airbus-321 sərnişin təyyarəsi Misirin Sinay yarmadasında qəzaya uğrayıb.

Reaksiya.az RİA Novosti-yə istinadən xəbər verir ki, şənbə günü Moskva vaxtı ilə saat 6:21-də havaya qalxan təyyarənin daha öncə radarlardan itməsi barədə xəbər daxil olub.

Son məlumatlara görə, təyyarənin qalıqları Misirin Sinay yarmadasında aşkarlanıb

Təyyarənin göyərtəsində ekipaj üzvləri də daxil olmaqla 224 nəfər olub.

Şərhlər