15 yaşlı yeniyetməyə qaraciyər köçürülüb - Azərbaycanda

19.06.2015 14:17     Sosreaksiya     2074

2015-ci ilin geridə qalan müddətində 14 qaraciyər transplantasiyası həyata keçirilib. Bunlardan 8-i Mərkəzi Neftçilər Xəstəxanasında, 6-sı isə Respublika Diaqnostika Mərkəzində reallaşıb. Bizim xəstəxanada 36 böyrək transplantasiyası da həyata keçirilib”.

Bu haqda Modern.az saytına Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi məlumat verib.

Şöbə müdiri bildirib ki, qaraciyər köçürülən ən gənc pasiyent 15, ən yaşlı pasiyent isə 62 yaşında olub. 
Böyrək köçürülən ən gənc pasiyent 11, ən yaşlısı isə 64 yaşında olub.

Mircəlal Kazıminin sözlərinə görə, bu il həyata keçirilən əməliyyatlarda qiymət artımı olmayıb: “Xəstəxananın rəsmi qiymətinə uyğun olaraq, böyrək əməliyyatı 12 min, qaraciyər əməliyyatı isə 45 min manata başa gəlir”.

Şöbə müdiri əməliyyatların uğurla baş çatdırıldığını, nəticədə ölüm faktının qeydə alınmadığını da vurğulayıb: “Uğursuz əməliyyatımız olmayıb. Əməliyyatdan təxminən 20 gün sonra xəstə evinə gedir, müəyyən müddət keçdikdən sonra tam reabilitasiya olub, normal əmək fəaliyyətinə başlayır və işinə qayıdır”.

Şərhlər