Leyla Əliyeva Rusiyada azərbaycanlı gənclərin forumunda iştirak etdi

31.10.2015 12:49     Sosreaksiya     1925

Moskvanın Beynəlxalq Ticarət Mərkəzində Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) “RAGB: gənclərin layiqli gələcəyi naminə” mövzusunda VI Forumu keçirilir.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, Forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva iştirak edir.

Forum çərçivəsində RAGB-nin hesabat-seçki yığıncağı keçiriləcək. RAGB-nin regional bölmələrinin fəallarının, Azərbaycan diasporunun nümayəndələrinin və Rusiya gənclər təşkilatlarının təmsilçilərinin iştirak etdiyi Forumun bölmələrində “Azərbaycan və yeni dövrün çağırışları”, “IDEA – bir dünya, bir gələcək”, “Ədalət səfiri ol”, “Turizmin və diyarşünaslığın inkişafı gənclərin vətənpərvərlik və mənəvi-əxlaqi tərbiyəsinin vasitəsi kimi”, “Gənclər karyera inkişafı: sahibkarlıq və uğura aparan yol” mövzularında müzakirələr aparılacaq.

Forum Azərbaycanın və Rusiyanın estrada ulduzlarının iştirakı ilə böyük konsert proqramı ilə başa çatacaq.

Şərhlər