Daha bir qayıq batdı - 50 ölü

31.10.2015 13:53     Sosreaksiya     2280

Egey dənizində Yunanıstan adaları istiqamətinə gedən iki qayıq batıb.

Reaksiya.az-ın verdiyi məlumata görə, rəsmilər 22 nəfərin öldüyü bildirilir,ölənlərin 13 nəfəri uşaq olduğu deyilir.

Yunanıstanın baş naziri Tsipras Avropa liderlərinə çağırış edərkən utandığını bildirib.

İki qayıq qəzası ilə bağlı bir açıqlama verən Yunanıstan baş naziri Aleksis Tsipras avropalı liderlərə müraciət edərək, qaçqınlarla bağlı aparılan diskussiyalara son vermələrini istədi. Avropa "rəhbərliyinin üzvü kimi utanıram", - deyən Tsipras ölkələrin problemi bir-birinin üzərinə yıxmağa çalışdığını vurğulayıb.

Tsipras "Dalğalar yalnız köçkünləri udmur, eyni zamanda Avropa mədəniyyətini də udur" - deyə sözlərini davam etdirib. Yunan hökuməti Avropa Birliyinin də dəstəyi ilə 50 min qaçqın üçün qəbul mərkəzləri və sığınacaqlar inşa etməyi planlaşdırır.

Şərhlər