Misirdə terror dalğası - daha 10 nəfər öldü

31.10.2015 14:44     Sosreaksiya     2273

Misirin şimal-şərqində yerləşən El-Ariş şəhərinda terror aktı baş verib.

Reaksiya.az saytı “Dünya Bülteni”nə istinadən xəbər verir ki, bomba partlayışı zamanı 10 nəfər yaralanıb.

Xəsarət alanlardan 3-ü polis əməkdaşıdır. Partlayışda yaralananların təcili yardım maşınları ilə xəstəxanalara çatdırıldığı, təhlükəsizlik qüvvələrinin isə terror aktına dair geniş miqyaslı istintaq başladığı bildirilir.

Dünən isə Ariş şəhərinin girişindəki beynəlxalq avtomobil yolunda hüquq-mühafizə qüvvələrinə məxsus zirehli bir avtomobilin hədəf alındığı bombalı terror aktı olmuş, hadisə nəticəsində 6 əsgər yaralanmışdı.

Şərhlər