"Qəzaya uğrayan təyyarədə azərbaycanlı yoxdur" - Səfir
31.10.2015 15:12 Sosreaksiya 1724
“Misirdə qəzaya uğrayan Rusiya təyyarəsində Azərbaycanın Misirdəki səfirliyində konsulluq qeydiyyatında olan azərbaycanlı yoxdur”.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev deyib.
Səfir bildirib ki, sərnişinlərin kimliyi ilə bağlı təfərrüatları araşdırılır”.
Xatırladaq ki, Rusiya mətbuatının dərc etdiyi siyahıda da təyyarədə olan şəxslər arasında azərbaycanlı soyadlı şəxs yoxdur.
Rusiyanın “Koqalımavia” şirkətinə məxsus "Airbus-321" sərnişin təyyarəsi bu gün Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarə Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburq şəhərinə uçurmuş.
Təyyarədə 217 sərnişin və 7 heyət üzvü olub.
Şərhlər