Təyyarə qəzasına görə AMOR konsert proqramını ləğv etdi
31.10.2015 17:42 Sosreaksiya 1777
Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) VI Forumu çərçivəsində nəzərdə tutulan konsert proqramı keçirilməyəcək.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, konsert proqramı Misirdə göyərtəsində 224 nəfərin olduğu Rusiya təyyarəsinin qəzaya uğraması ilə əlaqədar ləğv olunub.
Qərar AMOR sədri Leyla Əliyeva tərəfindən qəzada həlak olan sərnişinlərin xatirəsinə ehtiram əlaməti olaraq verilib.
Qeyd edək ki, Misirdən Sankt-Peterburqa uçan “Koqalımavia” şirkətinə məxsus təyyarə Sinay yarımadası üzərində qəzaya uğrayıb. Nəticədə 224 (217 sərnişin və 7 ekipaj üzvü) nəfər həlak olub.
Baş verən hadisə ilə bağlı Rusiya prezidenti Vladimir Putin 1 noyabrın tarixini matəm günü elan edib.
Şərhlər