Azərbaycanlı gənclər Rusiya səfirliyi önündə anım aksiyası keçirdi

01.11.2015 14:46     Sosreaksiya     1784

Bu gün Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai birliyinin və  Avrasiya Klubunun üzvləri Rusiya Federasiyasının Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfirliyinin inzibati binasının qarşısında təyyarə qəzasında həlak olan Rusiya vətəndaşlarının xatirəsini anmaq üçün bir araya gəliblər. 

Reaksiya.az xəbər verir ki, səfirliyin inzibati binasının qarşısında həlak olanların xatirəsinə həsr edilmiş lövhəyə tər çiçəklər qoyan təşkilar üzvləri bununla həlak olanların yaxınlarına və dost rus xalqına başsağlığı veriblər.

Xatırladaq ki, dünən Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan “Koqalımavia” avia şirkətinin A-321-i təyyarəsi qəzaya uğrayıb. Təyyarədə olan 217 sərnişin və 7 ekipaj üzvünun hamısı həlak olub. Faciə ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinin fərmanıyla noyabrın 1-i Rusiyada matəm günü elan edilib

Şərhlər