Lənkəranda həyəti su basdı, bir ailə evdə köməksiz qaldı

01.11.2015 19:45     Sosreaksiya     2002

Lənkəranda evi su basıb.

Reaksiya.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, yağan intensiv leysan yağışlar nəticəsində Lənkəran rayonu, Şiləvar kəndində vətəndaşa məxsus evi və həyətyanı sahəni su basıb, bir ailənin 6 üzvü (3 uşaq, 3 qadın) evdə köməksiz vəziyyətdə qalıb.

Nazirliyin xilasediciləri əraziyə cəlb edilərək həmin şəxsləri təhlükəsiz əraziyə təxliyə edib, onlara müvafiq köməklik göstərilib.

Şərhlər