Bakıda intihara cəhdin qarşısı alınıb

02.11.2015 01:16     Sosreaksiya     1623

Bakıda intihara cəhdin qarşısı alınıb.

Reaksiya.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda  bir nəfərin beşmərtəbəli binanın 2-ci mərtəbəsinin eyvanına çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri vətəndaşla psixoloji söhbət aparıb və onu fikrindən daşındıraraq intihara cəhdin qarşısını alıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib.

Şərhlər