Yanğın nəticəsində bir nəfər yanaraq öldü - Bakıda

02.11.2015 09:21     Sosreaksiya     2203

Bakıda yanğın hadisəsi baş verib.

Reaksiya.az-ın  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakının Sabunçu rayonunda ümumi sahəsi 4 kv.m olan avtomobil dayanacağında gözətçi köşkünün yanar konstruksiyaları yanıb. Yanğın zamanı köşkün içərisində 1975-ci il təvəllüdlü Əliyev İqor Vladimiroviçin yanmış meyiti yanğınsöndürənlər tərəfindin aşkar olunub.

Dayanacaqda olan avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 05:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər