Əkrəm Həsənovdan Hacı Şahinə etiraz - Bu, hörmətsizlikdir!

02.11.2015 16:08     Sosreaksiya     3168

“Məşədi Dadaş” Məscidinin axundu  Hacı Şahin Həsənli öz "Facebook" səhifəsində təbliğata başlayıb, kişi sərnişinləri  metroda sonuncu vaqona  minməməyə cağırır.

Ruhani onu da əlavə edb ki, “bu təklif  ideya deyil və bu reallıqla Misir,İran,Yaponiya və digər ölkələrdə qarşılaşmaq olar”.

Reaksiya.az saytı bu barədə başqa bir ilahiyyatçı alim Əkrəm Həsənovun münasibətini öyrənib.

Ş.Həsənlidən fərqli düşünən Ə.Həsənov  deyib:

“Bura İslam dövləti deyil ki, qadınlarla kişiləri ayıraq. Onda belə çıxır ki, orta və ali məktəblərdə qadınlarla kişilər ayrı otursun, bu isə mümkün olan bir şey deyil. Bu qərar qadınlar tərəfindən də normal qarşılanmaz. Həm də İslam dini müasir və dinamik din olduğu üçün, bu gün insanların çoxu bu dini qəbul edir. Mən şəxsən bu fikri dəstəkləmirəm,çünki əsassız fikirdir”.

Əkrəm Həsənov vurğulayıb ki, bunu cəmiyyət də qəbul etməz, savadlı qadınlar bu cür qərarı heç vaxt dəstəkləməz.

“Bu, qadınlara da, cəmiyyətə də hörmətsizlik kimi qarşılanar. Qadın azadlığı deyilən bir anlayış var. Bu mümkün olan bir şey deyil,onsuz da küçədə belə qadınlar və kişilər üz-üzə gəlir. Sadəcə kişilər və qadınlar hisslərinə sahib çıxmalıdırlar, kişilər özlərini düzgün aparmalı, gözlərini haramdan qorumalı,qadınlar isə cəmiyyətdə ədəbli geyinməlidir”, - deyə ilahiyyatçı alim əlavə edib.

 

Şərhlər