“Jurnalist qətllərinə son!” kampaniyası başa çatıb - VİDEO

02.11.2015 17:20     Sosreaksiya     2146

Dünyada məşhur olan “Əl Cəzirə” telekanalının İctimai Azadlıqlar və İnsan Hüquqları üzrə Mərkəzi 2 Noyabr 2015-ci il tarixində keçiriləcək  “Beynəlxalq Cəzasızlığa və Jurnalistlərə qarşı cinayətlərə son qoyulması” günü ilə əlaqədar yeni bir kampaniya -  “Jurnalist qətllərinə son!”  keçirib.

Reaksiya.az xəbər verir ki, kampaniyanın keçirilməsində əsas məqsəd mətbuat azadlığına və söz azadlığı hüquqlarını icra edərkən hədəf olaraq seçilmiş jurnalistlərin hüquqlarına qarşı törədilmiş ciddi hüquq pozuntularına işıq salmaqdan ibarət olub. İndiyə kimi bu cür zorakılıqlar nəticəsində 1000-dən artıq jurnalistin həyatını itirməsindən və yüzlərlə jurnalistin maddi – mənəvi təzyiqlə üzləşməsindən, həbs olunmasından bəhs edən həmin kampaniyaya Beynəlxalq Avrasiya Mətbuat Fondu da  aktiv bir şəkildə dəstək verərək  təqdim olunan tanıtım videsounu özünün bir qolu olan  Avrasiya Media Şəbəkəsi alt qurumlarında paylaşıb.

Qeyd edək ki, kampaniya Əl-Cəzirə Arab, Əl- Cəzirə English və Əl-Cəzirə Amerika-nın ekranlarında əsas xəbər başlığı kimi yayımlanıb. Kampaniyanın tanıtım videsounu sizlərin nəzərinə çatdırırıq:

Şərhlər