23 yaşlı gənc qətlə yetirildi - Goranboyda

02.11.2015 23:38     Sosreaksiya     2186

Goranboyda qətl hadisəsi törədilib.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə rayonun Nizami kənd sakini 1992-ci il təvəllüdlü Həsən Həsənov ürək nahiyəsindən bıçaqlanaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 23 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə onu Rəşad adında həmkəndlisi bıçaqlayıb.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi başlanıb.

Araşdırma gedir.

 

Şərhlər