Baş prokurora qəsd - Kabinetində gülləbaran olundu
03.11.2015 02:04 Sosreaksiya 2223
Ukrayna baş prokurorunun kabineti naməlum şəxslər tərəfindən gülləbarana məruz qalıb.
Reaksiya.az TASS-a istinadən xəbər verir ki, axşam saat 10 radələrində baş verən sui-qəsd vaxtı kabinetdə baş prokuror Viktor Şokin öz işçiləri ilə iclas keçirirdi.
Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) sözçüsü Yelena Qitlyanskaya öz “Facebook” səhifəsində yazıb ki, artıq operativ-istintaq qrupu həyəcan siqnalı ilə hadisə yerinə göndərilib.
Onun sözlərinə görə, hadisə nəticəsində zərər çəkən olmayıb.
Şərhlər