Gecə klubunda yanğında ölən 2 nəfər medalla təltif olundu
03.11.2015 02:25 Sosreaksiya 1991
Rumıniya prezidenti Buxarestdə yanmış gecə klubunda zərərçəkənlərə kömək edərkən həlak olan iki şəxsi ölümündən ali mükafatla təltif edib.
Reaksiya.az xəbər verir ki, 36 yaşlı Klaudiu Petre və 38 yaşlı Adrian Rujina yanğın zamanı igidlik və cəsarət göstərdiklərinə görə, “Xidmətlərinə görə” ordeni ilə təltif olunublar.
Hər iki şəxs yanan binadan birinci çıxsalar da, digər insanların xilas olması üçün geri qayıdıblar. Fotoqraf Petre iki dəfə yanan binaya qayıdıb və son dəfə bir qadını xilas etdikdən sonra geri qayıtmayıb.
Zərb alətlərində ifa edən Rujina isə basabasda yıxılan insanlara kömək edərkən, dəm qazından zəhərlənərək həyatını itirib. Ötən gün baş verən hadisədə ölənlərin sayı 31 nəfərə çatıb.
Şərhlər