Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

03.11.2015 03:35     Sosreaksiya     1933

Bu gecə Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Reaksiya.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Hövsan yolunda qeydə alınıb. Əmir Hacıməmmədov idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olan zaman qəfildən yola piyada çıxıb. Əmir Hacıməmmədov avtomobili saxlaya bilməyib və piyadanı vurub. Sürücü yaralı piyadanı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb.  Lakin naməlum sərnişin yolda dünyasını dəyişib.

Sürücü polis tərəfindən saxlanılıb, avtomobil isə cərimə meydançasına yerləşdirilib.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Şərhlər