Azarkeşlərin səs-küyü təyyarənin məcburi enişinə səbəb olub
03.11.2015 04:14 Sosreaksiya 1772
Porto - İstanbul marşrutu ilə uçan "Turkish Airlines" şirkətinə məxsus təyyarə İtaliyanın paytaxtı Romada məcburi eniş edib.
Reaksiya.az-ın Anadolu agentliyinə istinadən verdiyi xəbərə əsasən, buna səbəb təyyarədə olan İsrail komandası "Makkabi"-nin azarkeşlərinin səs-küy salması olub. Səs-küy digər sərnişinlərin narahatçılığına səbəb olduğundan, kapitan məcburi eniş etməyə qərar verib.
Qeyd olunur ki, azarkeşlər İstanbulda tranzitlə Portodan Tel-Avivə Çempionlar Liqasının qrup mərhələsi çərçicəsində keçiriləcək "Makkabi" - "Porto" oyununu izləmək üçün yola düşmüşdülər.
Qayda pozan sərnişinlər Romada saxlanılıb, təyyarə isə İstanbula yolunu davam etdirib.
Şərhlər