"Moskva-İrəvan" avtobusu aşdı - 6 ölü, 17 yaralı

03.11.2015 05:58     Sosreaksiya     1680

Rusiyanın Tula vilayətində “Moskva-İrəvan” avtobusu aşıb, 6 nəfər ölüb, 17 nəfər yaralanıb.

Reaksiya.az bu barədə APA-ya istinadən məlumat verir.

Məlumata görə, “Moskva-İrəvan” avtobusu M4 “Don” magistral yolda aşıb. “Qəza yolun 220-ci km-də, İlyinka yaşayış məntəqəsindən 2 km aralıda baş verib. İlkin məlumata görə, “Hyundai” markalı avtobus idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi aşıb. Qəza nəticəsində 23 nəfər xəsarət alıb, onlardan 6 nəfəri ölüb”, deyə mənbə bildirib.   

Avtobusun Rusiya dövlət nömrə nişanı ilə hərəkət etdiyi bildirilir.  

Məlumata görə, 16 nəfər müxtəlif xəsarətlərlə Uzlovaya şəhər xəstəxanasına, bir nəfər isə Kireyevsk xəstəxanasına yerləşdirilib.  

 

Şərhlər

Çox oxunanlar