Azərbaycanlı iş adamı aeroportda saxlanıldı

19.06.2015 17:36     Sosreaksiya     1692

Rusiyada azərbaycanlı biznesmenə qarşı cinayət işi başlanılıb.

Rusiyada azərbaycanlı biznesmenə qarşı cinayət işi başlanılıb.

" Reaksiya.az" ANS PRESS-ə istinadən məlumat veri ki,Rusiya mətbuatına istinadən məlumatına görə, adı açıqlanmayan Rusiyanın Bryansk rayon sakini 1,3 milyon rubl borcu var. Bu səbəbdən ona qarşı iddiaçıların tələbi ilə iş açılıb. 

Məlumata görə, azərbaycanlı iş adamı 2015-ci ilin əvvəlindən borcların bir qismini ödəsə də, sonrada məhkəmə icraçıları ilə əlaqələri kəsib. Bu səbəbdən də onun Rusiyadan çıxmasına məhdudiyyət qoyulub. 

Rusiya mətbuatı yazır ki, azərbaycanlı iş adamı may ayında vətənə qayıtmaq istəsə də, o aeroportda saxlanılıb. Həmyerlimizin Rusiyadan çıxmasına imkan verilməyib.

Şərhlər

Çox oxunanlar