Məktəb avtobusu qəzaya uğradı - 27 nəfər xəsarət aldı

03.11.2015 06:44     Sosreaksiya     1720

ABŞ-ın Çikaqo şəhərində məktəb avtobusunun qəzaya uğraması nəticəsində 27 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib.
Reaksiya.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  “NBC Chicago” telekanalı məlumat yayıb. Yaralıların yaşı göstərilmir, onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Məlumata görə, hadisə yerinə çoxlu sayda təcili yardım briqadaları cəlb edilib.
Qəzanın səbəbləri hələlik açıqlanmır. 

Şərhlər