Ağstafada avtomobillə qatar toqquşub - Xəsarət alanlar var

03.11.2015 08:59     Sosreaksiya     1881

Ağstafada ər və arvadın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Köçəsgər kəndi ərazisində, Tatlı -Ağstafa dəmir yol xəttinin 97-ci kilometrliyində, qorunan dəmir yol keçidində kənd sakini, 1970-ci il təvəllüdlü Bahəddin Sultanov idarə etdiyi “VAZ 2106” markalı avtomobillər bağlı olan keçiddən keçmək istəyərkən elektrovoz maşını vurub. Hadisə zamanı sürücü və onun həyat yoldaşı, 1973-cü il təvəllüdlü Narınc Sultanova müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şərhlər