ABŞ ukraynalı hərbçilərə təlim keçəcək

03.11.2015 09:31     Sosreaksiya     1800

ABŞ noyabrın 23-dən ukraynalı hərbçilərə təlim keçməyə başlayacaq, təlimlərə 300-dək amerikalı hərbçinin cəlb edilməsi nəzərdə tutulub.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə  “Sputnik” agentliyinə Pentaqonun nümayəndəsi Mişel Baldansa bildirib. 

“Peşəkar təlimatçı heyətinin tərkibinə 300-dək ABŞ hərbçisi cəlb ediləcək. Təlimlər Ukraynanın qərbində, Polşa sərhədi yaxınlığında keçiriləcək”, deyə Pentaqon  rəsmisi qeyd edib.

Onun sözlərinə görə, təlimlərə Ukrayna Müdafiə Nazirliyinin 5 batalyonunu və 1 xüsusi təyinatlı batalyonu cəlb etmək planlaşdırılır.

Bundan əvvəl Pentaqon ukraynalı hərbçilərin hərbi təlimlərinə Kanada, Litva, Estoniya və Böyük Britaniyanın da qoşulacağını bildirib. ABŞ bu ilin aprelindən Ukrayna Milli Qvardiyaya təlimlər keçir.   

Şərhlər