Moskvada Avropa və Asiya Media Forumu keçiriləcək
03.11.2015 14:36 Sosreaksiya 1809
Noyabrın 10-da Moskvada Avropa və Asiya Media forumu keçiriləcək.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, forumun təşkilatçısı “Rusiya bu gün” Beynəlxalq Media Qrupudur. 8-ci forumun mövzusu “Qeyri-stabil dünyada dayanıqlı tərəfdaşlıq”dır. Tədbirdə nüfuzlu media təşkilatlarının baş redaktorları və top-menecerləri, teleradio şirkətlərinin və internet portallarının rəhbərləri, media üzrə ekspertlər və 14 post-sovet ölkəsinin məşhur jurnalistləri iştirak edəcək.
Tədbirin əsas gündəliyi müxtəlif siyasi və iqtisadi proseslər zamanı keçmiş Sovet İttifaqı ölkələrinin KİV-in qarşılıqlı fəaliyyətidir. Forum iştirakçıları media və hakimiyyət arasında dialoq, Avropaya inteqrasiya çərçivəsində qarşılıqlı informasiya fəaliyyətinin strategiyasının hazırlanmasına diqqət ayıracaqlar. İnformasiya müharibəsi və onun nəticələri, informasiya kanalları vasitəsi ilə edilən təhdidlərlə mübarizə yollarının axtarılması barədə də müzakirələr olacaq.
Tədbirdə APA İnformasiya Agentliyi də təmsil olunacaq.
Şərhlər