ABŞ Azərbaycanın Əfqanıstanda NATO əməliyyatlarına davamlı sadiqliyini alqışlayır
03.11.2015 16:47 Sosreaksiya 1804
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanın Əfqanıstanda NATO-nun əməliyyatlarına davamlı sadiqliyini alqışlayır.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Bakıdakı səfirliyinin "Twitter" səhifəsində yazılıb.
Qeyd olunur ki, ABŞ Əfqanıstanda sülhməramlı əməliyyatlarda Azərbaycanın vacib rolunu yüksək qiymətləndirir.
Qeyd edək ki, Əfqanıstanda Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
Şərhlər