"Azərbaycanda dövlət və din münasibətləri yüksək səviyyədə qurulub" - Allahşükür Paşazadə
03.11.2015 17:14 Sosreaksiya 1960
Azərbaycan dinlər arasında münasibət və tolerantlıq baxımından bütün dünyaya bir nümunədir.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan ABŞ-ın Kaliforniya ştatındakı Los-Anceles yəhudi icmasının nümayəndə heyəti ilə görüşdə deyib.
A.Paşazadə bildirib ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sülh və sabitlik şəraitində birgə yaşayırlar:
"Azərbaycanda dövlət və din münasibətləri yüksək səviyyədə qurulub. Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra dini sahəyə xüsusi diqqət ayrıldı, dövlət vəsaiti hesabına məscidlər, sinaqoqlar, kilsələr yenidən quruldu".
O, qeyd edib ki, yəhudi icmasının bu səfəri də dinlər arasında münasibətlərin inkşafına töhfə verəcək.
Şeyxülislam bu yaxınlarda Rusiyaya məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından da danışıb:
"Elə hadisələr var ki, insan iradəsindən asılı deyil".
Daha sonra təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şərhlər