Daha dörd miqrant qayıq qəzasında öldü

04.11.2015 03:40     Sosreaksiya     1805

Yunanıstanda qayığın qəzaya uğraması nəticəsində 4 miqrant ölüb.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Lesbos adası yaxınlığında qeydə alınıb.

Ölənlərdən 2-nin uşaq olduğu bildirilir. İlkin məlumata görə, qayıqda 50 nəfər olub.

Qeyd edək ki, son bir neçə gündə dənizdə baş verən qəzalarda ölən miqrantların sayı 100-ə yaxınlaşır.

Şərhlər