Bu yol təmirə bağlandı - Bakıda

04.11.2015 03:23     Sosreaksiya     1469

Paytaxtın Mikayıl Əliyev küçəsinin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında olan hissəsində təmir işləri aparılır.

Reaksiya.az-ın anspressə istinadən məlumatına görə, təmir-tikinti işlərinin aparıldığı hissənin uzunluğu 1375 metr, eni isə 26,5 metrdir. Artıq ərazidə səth sularının normal kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya sistemi yaradılıb. Yeni yağış barmaqlıqları qoyulub və kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib. 

Bundan başqa ərazidə köhnə səki daşlarının yenisi ilə əvəzlənməsi işləri də yekunlaşıb. Piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə 1,5 metr enində yeni səkilər də salınacaq. Təmir-tikinti işləri çərçivəsində küçənin 36500 kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşənəcək və yolun işıqlandırılması üçün hər iki tərəfdə yeni, müasir işıq dirəkləri quralaşdırılacaq.

Şərhlər