İngilis dilini bilən ölkələrin siyahısı - Azərbaycan neçənci yerdədir?
04.11.2015 04:36 Sosreaksiya 2594
Avropa ölkələri arasında əhalisi ingilis dilini bilən dövlətlərin adları açıqlanıb.
Reaksiya.az-ın anspress-ə istinadən məlumatına görə, Azərbaycan bu ölkələr sırasında son sıraları paylaşır.
Reytinq cədvəli Avropada fəaliyyət göstərən ingilis dili mərkəzləri tərəfindən hazırlanıb. Araşdırma 70 ölkə arasında aparılıb. Türkiyə də Azərbaycanla eyni sıraları paylaşır.
Maraqlıdır ki, araşdırmalar nəticəsində Fransa və Rusiyada da ingilis dilini bilən əhalinin sayının o qədər də çox olmadığı ortaya çıxıb.
İspaniya və İtaliya Avropa reytinqində orta sıralarda olsa da, cədvəldə ilk sıraları İsveç, Hollandiya , Danimarka, Hollanda, Norveç və Filandiya bölüşdürür.
Əhalisi ingilis dilində danışan dövlətlərin sıralamasında Azərbaycan 49-cu yerdədir.
Hind-Avropa dilləri german dil qrupuna aiddir. Doğma dil kimi 410 milyon insan daşıyıcısıdır. 2007-ci ilin məlumatına görə, ikinci dil kimi İngilis dilindən 1 milyard insan danışır.
BMT-nin altı rəsmi və işçi dilindən biridir. İngilis dili İngiltərənin, faktiki Böyük Britaniyanın, ABŞ (31 ştatının rəsmi dili), İrlandiyanın, Kanadanın və Maltanın iki rəsmi dilindən biri, Avstraliyanın, Yeni Zelandiyanın rəsmi dövlət dilidir.
İngilis dili Asiya (məsələn Hindistan, Pakistan və s.) və Afrikanın bəzi dövrlərində rəsmi dil kimi istifadə edilib.
Şərhlər