"Google" - nin proqramı Aİ -ni də şübhələndirib

20.06.2015 12:26     Sosreaksiya     2499

Avropa İttifaqında məlumatların qorunmasından məsul şəxslər “Google” şirkətindən yeni gizlilik siyasətini təxirə salmağı istəyiblər. Rəsmilər tələblərini, “Google”nin yeni qaydalarını araşdırıb bunların İttifaqın məlumatların təhlükəsizliyi siyasətinə tərs düşmədiyinə əmin olmaq istəmələrini əsas gətirdi.

 

Google keçən həftə, email hesabları, axtarış sistemi və digər xidmətlərindən əldə etdiyi istifadəçi datalarını necə istifadəni yeni bir gizlilik siyasətinə keçəcəyini bildirmişdi. Dünya səviyyəsindəki bütün istifadəçilər üçün etibarlı olacaq yeni təhlükəsizlik sisteminin tətbiqi üçün 1 mart kimi təsbit edilən başlanğıc tarixini təxirə salınmadan məcburiyyətində qala bilərlər.

Reaksiya.az – ın xarici ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, Google-nin rəsmisi Larry Pagein bir məktub göndərərək  Aİ gizlilik sistemini təşkil edən qrupun rəhbəri Jacob Kohnstammdan “Google”nin yeni gizlilik siyasəti və bunun Aİ vətəndaşlarına necə təsir edəcəyini dair bir istintaq başladıldığını bildirib.

 

Dünən göndərilən və bu gün nəşr olunan məktubda "Yeni qaydaların tətbiqə başlamışdan əvvəl qısa bir müddət gözləməyinizi tələb edirik. “Google”nin fərdi məlumatların məxfiliyi və təhlükəsizliyi mövzusundakı dayanıqlılığından və yeni qaydaların Aİ vətəndaşlarına necə təsir edəcəyindən əmin olmaq məcburiyyətindəyik. Bizim istintaqımız sona çatana kimi yeni proqramın təxirə salınmasını istəyirik" – qeyd  edilib.

Şərhlər

Çox oxunanlar