Hər 10 dəqiqədə bir vətənsiz uşaq doğulur

04.11.2015 07:59     Sosreaksiya     1800

Birləşmir Millətlər Təşkilatı (BMT) "Vətənsiz uşaqlar" adlı anket sorğusu keçirib. Reaksiya.az xarici mediaya istinadən xəbər verir ki, 250-dən çox vətəni olmayan ailə və uşaq ilə görüşlərdə bu insanların psixoloji sarsıntı keçirdikləri məlum olub. 7 ölkədə aparılan sorğu onu göstərir ki, bu uşaqların əksəriyyəti diqqətsizlikdən, təhsil və səhiyyə problemlərindən əziyyət çəkir.

Araşdırmalara görə etnik, dini və. münaqişə zonası olan 20 ölkədə hər il ortalama 70 min vətənsiz uşaq dünyaya gəlir. Ümumilikdə isə dünyada hər 10 dəqiqədə bir vətənsiz uşaq doğulur. 

Şərhlər