BQXK nümayəndələri erməni əsgərə baş çəkdilər
04.11.2015 11:34 Sosreaksiya 1903
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları bu il martın 22-də təmas xəttini keçən erməni hərbçi Andranik Araratoviç Qriqoryana baş çəkib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, başçəkmə noyabrın 2-də olub. Erməni hərbçiyə ailə məlumatları çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb.
Qeyd edək ki, 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan bu il martın 22-də öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan hərbçilərinə təslim olub.
Şərhlər