Rusiya təyyarəsi Cənubi Sudanda qəzaya uğradı - 40 ölü

04.11.2015 12:40     Sosreaksiya     2100

Cənubi Sudanda Rusiyaya aid An-12 yük təyyarəsi qəzaya uğrayıb.

Reaksiya.az xəbər verir ki, “Gazeta.ru”ya istinadən xəbər verir ki, qəza nəticəsində dəqiq ölənlərin sayı məlum olmasa da, yerli KİV-lər 40 nəfərin öldüyünü bildirib.

Təyyarədə 5 Rusiya vətəndaşı – ekipaj üzvləri olub. Bundan əvvəl 2 nəfərin sağ qaldığı, onlardan birinin uşaq olduğu xəbər verilmişdi.

Təyyarə Cuba hava limanından 800 metr uzaqlıqda qəzaya uğrayıb.

Şərhlər