Qara qutu açıldı - Pilotların nədən danışdıqları məlum olub

04.11.2015 12:46     Sosreaksiya     2504

Rusiyanın “Koqalımaiva” aviaşirkətinə məxsus Airbus A321 təyyarəsinin qara qutusunun oxunması zamanı pilotların təyyarədə texniki problemlərlə bağlı danışıqlarının olmadığı üzə çıxıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə istintaqa yaxın olan mənbədən "Wall Street Journal"-a bildirilib.

Daha əvvəl pilotların təyyarədə fövqəladə hal baş verməsi barədə məlumatlı olmaları və problemi həll etməyə çalışdıqları barədə KİV-də məlumatlar yayılmışdı. Məlumatlarda bildirilirdi ki, ekipaj üzvlərinin hadisəyə müdaxilə etməyə vaxtları qalmayıb.

Xatırladaq ki, Rusiya aviasiyası tarixində ən iri təyyarə qəzası ötən həftənin şənbə günü baş verib.

Şarm əl Şeyxdən Sankt Peterburqa uçan Koqalımavia aviaşirkətinə məxsus təyyarə Misirin Sinay yarımadasında qəzaya uğrayıb.

Qəza nəticəsində 217 sərnişin və 7 ekipaj üzvü həlak olub.

Şərhlər