Ölkə ərazisində 17 dərəcə isti olacaq
04.11.2015 12:48 Sosreaksiya 1839
Sabah Azərbaycanın havanın maksimal temperaturu 17 dərəcə isti olacaq.
Reaksiya.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakı və Abşeron yarımadasında noyabrın 5-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər zəif duman olacaq, yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 6-10, gündüz 14-17 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında noyabrın 5-də əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin iolacaq. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 6-11, gündüz 14-19, dağlarda gecə 0-5 , gündüz 10-15 dərəcə isti olacaq.
Şərhlər