Xəzər dənizində üç balıqçı yoxa çıxdı

04.11.2015 15:25     Sosreaksiya     2070

Xəzər dənizinin Xaçmaz sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, balıqçı qayığında olan şəxslərlə yaxınları telefonla danışıb. Bir müddətdən sonra isə əlaqə itib.

Onlar da bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verib. Hazırda balıqçıların axtarışları istiqamətində FHN-in Dövlət Sularda Xilasetmə xidmətinin əməkdaşları səylərini davam etdirir.

Şərhlər