Azərbaycanda ilk dəfə olaraq Ekskursiya Bürosu fəaliyyətə başladı

04.11.2015 15:44     Sosreaksiya     1868

Azərbaycanda ilk dəfə olaraq, Azərbaycan Turizm Assosiasiyası nəzdində yaradılan Ekskursiya Bürosu fəaliyyətə başlayıb.

Reaksiya.az Trend-ə  istinadən xəbər verir ki. Azərbaycan Turizm Assosiasiyası sədrinin müavini Müzəffər Ağakərimov  bildirib ki, artıq yeni qurum tərəfindən bələdçi olmaq istəyənlər üçün iki aylıq kursların keçirilməsinə başlanılıb. Pulsuz keçirilən kurslar zamanı müxtəlif dillər - şərq, eyni zamanda yapon, Çin, italyan, fransız, ingilis, ispan və digər dillər üzrə ekspursiya bələdçiləri hazırlanacaq: “Hazırda turizm sahəsində bu sahədə boşluq var. Azərbaycanda savadlı, səriştəli ekskursiya bələdçilərinə ehtiyac var. Bələdçilərin gələn qonaqların öz dillərində bələdçilik etməsi daha müvafiqdir”.

M.Ağakərimov bildirib ki, kurslarda iştirak üçün müraciət edən 150 nəfər arasından yalnız 25 nəfər seçilib. Seçim zamanı yalnız onların dil bacarıqları deyil, həm də respublikanı yaxşı tanımasına, ölkəmizin mədəniyyəti, incəsənəti, arxitekturası, coğrafıyası və s. haqqında məlumatlarının olmasına diqqət yetirilib.

M.Ağöakərimov belə kursların gələcəkdə də davam etdiriləcəyini söyləyib.

Şərhlər