Oruc tutanlara hava müjdəsi
20.06.2015 14:01 Sosreaksiya 1801

Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu olacaq.
ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, iyunun 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 75-80, gündüz 45-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında iyunun 21-də havanın əsasən yağmursuz olacağı, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 19-24, gündüz 34-38, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Şərhlər