Sudanda qəzaya uğrayan təyyarənin ekipaj üzvlərindən 5-i erməni olub

04.11.2015 16:15     Sosreaksiya     1836

Cənubi Sudanın Cuba aeroportuna yaxın ərazidə qəzaya uğrayan yük təyyarəsinin ekipaj üzvlərindən 5-i erməni, 1-i isə rus olub.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə Cənubi Sudan prezidentinin rəsmi nümayəndəsi bəyan edib.

İlkin məlumatlara görə, aviaqəza nəticəsində təxminən 40 nəfər həlak olub.

Cuba aeroportunun informasiya direktorunun sözlərinə görə, 3 sərnişin sağ qalıb. Bununla yanaşı, yerli KİV təyyarənin ferma ərazisinə düşdüyü üçün ölü sayının arta biləcəyini istisna etməyib.

Qeyd edək ki, bu gün qəzaya uğrayan An-12 yük təyyarəsi "Allied Services Limited" aviaşirkətinə məxsus olub.

Şərhlər