Zakir Həsənov Qazaxıstanın Müdafiə Universitetində oldu
04.11.2015 16:36 Sosreaksiya 1793
Qazaxıstan Respublikasına rəsmi səfəri davam edən Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 4-də Müdafiə Universitetində olub.
Reaksiya.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Müdafiə naziri Qazaxıstanın Silahlı Qüvvələri üçün kadr hazırlığını həyata keçirən ali hərbi təhsil müəssisəsinin təlim auditoriyalarında, kafedralarında, İmitasiya Modelləşdirmə Mərkəzində olub. General-polkovnik Zakir Həsənov fakültələrdə tədrisin təşkili ilə maraqlanıb və universitet haqqında təqdim edilən brifinqlə də tanış olub.
Azərbaycan ilə Qazaxıstan arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulanan görüşdə qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsinin, eləcə də müxtəlif mövzularda seminarların, kursların və digər tədbirlərin keçirilməsinin vacibliyi xüsusi qeyd olunub.
Şərhlər