Evlənmək istəyən 65 min nəfər müayinə olundu

04.11.2015 17:06     Sosreaksiya     1803

Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələblər qüvvəyə mindiyi andan iyunun 1-dən noyabrın 1-nə kimi B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutu tərəfindən 65 138 şəxs müayinə olunub.

Reaksiya.az APA-ya  istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, müayinələrin nəticələrinə görə 161 nəfərdə sifilis, 45 nəfərdə HİV 1/2, 4213 nəfərdə QİÇS xəstəlikləri aşkar olunub.

Qeyd olunub ki, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinə prosesi və buna dair bütün tələblər 2015-ci il iyunun 1-dən icra olunmağa başlayıb.

 

Şərhlər