Balıqçıların axtarışlarına aviasiya cəlb olunacaq

04.11.2015 17:40     Sosreaksiya     1958

Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzər dənizində itkin düşən balıqçılarla bağlı məlumat yayıb.

Reaksiya.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında Xaçmaz rayonu ərazisindən, 3 nəfər balıqçı dənizə çıxıb. Hazırda onlarla əlaqə kəsilib. Axtarış ərazisi, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin ərazi hüdudlarından kənardadır (dənizdə çıxış məsafəsi 2 milə qədər). Hazırda havanın küləkli olduğunu nəzərə alaraq sabah səhər saatlarından etibarən hava şəraiti əlverişli olduğu təqdirdə FHN-in Aviasiya Dəstəsi tərəfindən axtarış-xilasetmə işlərinə start veriləcək.

Qeyd edək ki, APA Xəzər dənizində balıqçıların itkin düşməsi barədə məlumat yayıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, onlar rayonun Tikanoba kənd sakinləri Həmzə Nurəddinov, Laçın Laçınov və Uzunoba kənd sakini İlqar Daşdəmirovdur.

 

Şərhlər