Bakıda qəribə oğurluq

05.11.2015 06:56     Sosreaksiya     1884

4 kq yağ oğurlayarkən mağaza sahibi tərəfindən tutuldu

Bakıda mağazadan oğurluq etmək istəyən şəxs mağaza sahibi tərəfindən zərərsizləşdirilib.

Reaksiya.az musavat.com-a istinadən xəbər verir ki, hadisə Nimzai rayonu, T.Abbasov küçəsində yerləşən mağazada baş verib.

Bakı sakini, əvvəllər də məhkum olunmuş 1969-cu il təvəllüdlü Ceyhun Məmmədov mağazadan 4 kq kərə yağı oğurlayarkən mağaza sahibi Elkin Şıxəliyev tərəfindən zərərsiz hala gətirilib.
C.Məmmədov polisə təhvil verilib. Araşdırmalar zamanı müəyyən edilib ki, əvvəllər də məhkum olunan C.Məmmədov həmin mağazadan bir müddət öncə də 10 kq kərə yağı oğurlayıb.

Şərhlər