Türkiyədə axtarışda olan qadın Azərbaycanda saxlanıldı

05.11.2015 10:30     Sosreaksiya     1695

Türkiyədə qətl və oğurluğa görə axtarışda olan qadın Bakıda saxlanılıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən  verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Türkiyə cəza qanununun 450/7 və 492/1-ci maddələri ilə (qətl və oğurluq) 14.11.2000-ci il tarixdən İnterpol vasitəsi ilə beynəlxalq axtarışda olan Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Əminə Mirzəyeva yaxalanaraq Sabunçu rayon Polis İdarəsinə təhvil verilib.

Şərhlər