“Anonymous”dan “Facebook”a “dövlətdən kənar” rəqib

20.06.2015 16:49     Sosreaksiya     2891

Beynəlxalq xaker qrupu “Anonymous”un dəstəyi ilə qurulan və “Facebook”a rəqib kimi göstərilən sosial şəbəkə “Minds” istifadəçilərin məlumatlarını dövlətlərdən kənarda saxlamaq sözünü verib.

Reaksiya.az – ın “İndependent” qəzetinə istinadən verdiyi xəbərə görə, minds.com ünvanında istifadəyə açılan şəbəkənin məqsədi paylaşılan statusların gizliliyini, təhlükəsizliyini və istifadədə şəffaflığı qanunən əldə etməkdir.

İstifadəçilərin məlumatlarını reklam verənlər və dövlətlərlə bölüşdürməklə günahlandırılan “Facebook”un əksinə bu məlumatlardan pul qazanmağı qarşısına məqasəd kimi qoymayan “Minds” bunun yerinə bütün məlumatları bir araya gətirtərək reklam verənlər və dövlət qurumları tərəfindən oxunacaq hala gətirir.

 

Alqoritmi olduqca sadədir

 

İstifadəçilərinə marka və təşkilatların səhifələrini müəyyən bir alqoritmə əsaslanaraq göstərdiyini irəli sürən ancaq bu alqoritmi açıqlamayan “Facebook”un əksinə “Minds” olduqca şəffafdır. Şərhlər yazmaq, statuslara “like” etmək və ya şəkil yükləmək kimi qarşılıqlı təsirlərdə olan istifadəçi və ya təşkilatlar bal qazanır və bu ballar saytda ön plana çıxarılmağa və daha çox görünür olmağa yarayır.

 

Nəhəng ictimai media saytlarının əksinə 'açıq qaynaq' kimi təqdim edilən şəbəkəyə, istifadəçiləri də dizayn və davamlılıq mövzusunda kömək edə bilər.

Şərhlər

Çox oxunanlar