Ermənistanda həbs olunan azərbaycanlının məhkəməsi təxirə salındı

05.11.2015 11:25     Sosreaksiya     1820

Ermənistanda saxlanılan Gürcüstan vətəndaşı, milliyətcə azərbaycanlı Turqay Mikayılovun işi üzrə məhkəmə prosesi noyabrın 26-a təyin edilib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə Lori rayonu məhkəməsindən bildiriblər. Məlumata görə, daha əvvəl noyabrın 2-də təyin olunan prosesin vaxtının dəyişdirilməsinə qərar verilib.

İddiaya əsasən, Faxralı kənd sakini, 35 yaşlı T. Mikayılov 2015-ci il iyunun 23-də Lori rayonunun Dzyunaşox kəndi istiqamətində Gürcüstan-Ermənistan sərhədini qanunsuz keçib. Fakt üzrə "sərhədi qanunsuz keçmə" maddəsi ilə cinayət işi açılıb. Bu maddədə 100 min dram məbləğində cərimə və ya 3 il müddətinə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Xatırladaq ki, T. Mikayılovun qohumu Bahar Mikayılova  onun yolu azaraq, Ermənistanın Cücə kəndinə keçdiyini bildirib. Həmin kənd sakinləri onu saxlayaraq Ermənistan sərhədçilərinə təhvil veriblər.

Şərhlər