"Facebook" qazancını açıqladı - 41 faiz artım
05.11.2015 11:30 Sosreaksiya 2293
“Facebook” sosial şəbəkəsi ilin üçüncü rübünə qədər əldə etdiyi gəliri açıqlayıb.
Reaksiya.az xəbər verir ki, ötən ilə nisbətən gəlir 41 faiz artaraq 4,5 milyard dollar olub.
Şirkətin keçən ilki qazancı isə 3,2 milyard dollardır.
Sosial şəbəkənin yaradıcısı Mark Zuckerberg maliyyə nəticələrinə dair açıqlama verərək "Yaxşı rüb keçirtdik və çox işləri tamamladıq" deyib.
“Facebook”un aktiv istifadəçilərinin sayı 14 faiz artaraq 1,55 milyard olub.
Şərhlər