İtkin düşən balıqçılardan birinin meyiti tapıldı

05.11.2015 11:36     Sosreaksiya     1667

Xəzər dənizinin Xaçmaz sahilində itkin düşən 3 balıqçıdan birinin meyiti tapılıb.

Reaksiya.az APA- ya istinadən xəbər verir ki, Xaçmaz rayonu Tikanoba kənd sakini Həmzə Nurəddinovun meyiti sahildən 500 metr içəridə aşkar edilərək çıxarılıb. Meyit Xəzər dənizinin Xaçmaz rayonunun Çayqaraqaşlı kəndi istiqamətində tapılıb.

Ötən gün Xəzər dənizinin Xaçmaz sahilində tikin düşən digər 2 balıqçının Laçın Laçınov və İlqar Daşdəmirovun axtarışları davam etdirilir.

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri və aviasiya dəstəsinin helikopteri cəlb olunub.

Qeyd edək ki, dünən günorta saatlarında  Xəzər dənizinin Xaçmaz sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilib. Balıqçı qayığında olan şəxslərlə yaxınları telefonla danışıb. Bir müddətdən sonra isə əlaqə itib. Onlar da bu barədə FHN-ə məlumat veriblər.

Şərhlər